Çıxarılma 20 gün içində tamamlanacaq - XİN sözçüsü

15:18 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq.

ABC.AZ xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyənin Demirören Xəbər Agentliyinə (DHA) açıqlamasında bildirib.

O qeyd edib ki, razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq.

"Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarətə Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir” deyə L.Abdullayeva qeyd edib.

 

Bütün xəbərlər