Rusiya ilə Türkiyə Qarabağda atəşkəsə nəzarət üçün müqavilə imzaladı – Detallar

15:29 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Rəcəb Tayyib Ərdoğan Türkiyənin razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacağını vurğulayıb.

ABC.AZ xəbər verir ki, bu sözləri AKP-nin iclasında Türkiyə lideri qeyd edib.

Ərdoğan bu sabah Türkiyə və Rusiyanın atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladıqlarını bildirib: “Atəşkəsi nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”.

 

Bütün xəbərlər