Gürcüstan Rusiya üçün hava məkanını açdı – Bakı və Yerevanın müraciəti ilə

16:00 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Gürcüstan öz hava məkanından Rusiya təyyarələri üçün istifadə edilməsinə icazə verib.

ABC.AZ-ın məlumatına görə, rəsmi Tiflis bunu Bakı və Yerevanın müraciətindən sonra edib.

Belə ki, Azərbaycan və Ermənistan Qarabağdakı sülhməramlı missiya çərçivəsində Rusiya hərbi təyyarələnin hərəkəti üçün Gürcüstana müraciət etmişdi.

Tiflis müraciəti müsbət qarşılayıb.

 

Bütün xəbərlər