Bu 44 gün ərzində əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığıdır – İlham Əliyev

16:35 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı görüşdə bir sıra məqamlara toxunub. İ. Əliyev qeyd edib ki, döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi.

"Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular”.

 

Bütün xəbərlər