Bu ölkə uçan taksilərin tətbiqinə başlayır – İnqilabi yenilik

10:22 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. İspaniyanın iki şəhərində turistlər uçan taksi xidmətlərindən istifadə edə biləcək.

ABC.AZ xəbər verir ki, İspaniyanın “Enaire” hava aeronaviqasiya şirkəti məlumat yayıb.

Aero-taksilərin xidmətindən 2022-ci ildə Barselona və Santiaqo-de-Kompostela şəhərlərində istifadə olunması nəzərdə tutulur. Hələlik uçan taksilərin xidmətlərindən yalnız əyləncə məqsədi ilə istifadə olunacaq.

Belə ki, mütəxəssislər bu nəqliyyat vasitəsinin ətraf mühitə təsirini qiyməndirməlidirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər