Razılaşmada Ermənistan baş nazirinin imzası var – Çavuşoğludan mühüm açıqlama

11:23 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda mətbuat konfransı keçirərək, bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, nazir işğal olunmuş torpaqların hamısının Azərbaycana qaytarılacağını bildirib.

O sözlərinə belə davam edib: "Bu razılaşmanın altında Ermənistan baş nazirinin imzası varmı? Var. Bu, ölkəni də razılaşmaya təhkim edir. Daha əvvəl atəşkəsi pozduq, yenə pozarıq desələr, - 3 dəfə pozublar, cavabını alıblar,- belə bir vəziyyətdə də bədəlini ödəyəcəklər. Azərbaycan qan tökməyə həvəsli deyil. Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək üçün çox səbr edib. Bundan sonra seçim Ermənistanındır. Burada sülh olarsa və Azərbaycan torpaqları geri qaytarılarsa, bundan hər kəs faydalanacaq. Kimə daha çox fayda verəcək?! Region ölkələrinə. Bura Ermənistan da daxildir”.

 

Bütün xəbərlər