Ermənistanda bir gündə virusdan 32 nəfər öldü – COVİD-19 sürətlə yayılır

11:42 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. İğtişaşların hökm sürdüyü Ermənistanda koronavirus da sürətlə yayılmaqdadır.

ABC.AZ xəbər verir ki, son sutka ərzində Ermənistanda daha 2132 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 112 min 680 nəfərə çatıb.

Daha 32 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1668-ə çatıb.

 

Bütün xəbərlər