Gürcüstanda bir gündə 33 nəfər virusdan vəfat edib

11:54 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən rekord sayda artım olub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində qonşu ölkədə 3 120 yeni yoluxma qeydə alınıb. 33 nəfər isə virusdan həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 358 nəfər sağalıb.

Beləliklə bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 69.681 nəfərə çatıb.

 

Bütün xəbərlər