Yoluxanlar da, ölənlər də artdı – Virus dayanmaq bilmir

14:41 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 20 nəfər COVID-19-dan vəfat edib. Qeyd edək ki, dünən yoluxanların sayı 1202 nəfər idi.

 

Bütün xəbərlər