Bu rayonlarda şəhid və əlillərə evlər verildi – Siyahı

17:00 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

ABC.AZ xəbər verir ki, görüşdə Ali Baş Komandanımızın verdiyi tapşırığa uyğun olaraq, Nazirlik tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri yerinə yetirəcəyi bildirilib.

Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

 

Bütün xəbərlər