Sülhməramlıları kim maliyyələşdirəcək? – Putindən Fərman

17:32 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarını Rusiya hökuməti maliyyələşdirəcək.

ABC.AZ xəbər verir ki, Rusiya Prezidenti Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı birləşmələrinə maliyyə dəstəyi ilə bağlı hökumətə tapşırıq verib.

Fərmanda  hökumətə hərbi qulluqçuların maddi dəstəyinin təmin edilməsi və ailə üzvləri də daxil olmaqla əlavə zəmanət və təzminatların verilməsi daxil olmaqla, nağd pul müavinətlərinin ödənilməsini təmin etmək tapşırılıb.

Bununla yanaşı sülhməramlı qüvvələrinin fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı xərclər üçün maliyyənin təmin edilməsi göstərişi verilib.

 


Bütün xəbərlər