Bu ölkələrdə “YouTube”un işində problem yaranıb – Siyahı

10:18 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Bir sıra ölkələrdə “YouTube” video-hostinqinin fəaliyyətində problemlər yaranıb.

ABC.AZ xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" servisinin məlumatında deyilir.

Şikayətçilər ən çox videoya baxışda, saytın fəliyyətində və video-çarxların yüklənməsində problem yaşayırlar.

"Youtube" işindən daha çox ABŞ, Avstraliya, Malaziya, Yaponiya və Rusiyadan olan istifadəçilər şikayətlənirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər