Milli Məclisin Xalqa müraciət etdiyi gündə deputata töhmət verildi

14:10 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.

Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir.

 

Bütün xəbərlər