Azərbaycan nefti bahalaşdı

15.02.2018,10:11


15 fevral, Fineko/abc.az. Dünya bazarında  Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 1,01 dollar və yaxud 1,58% artıb.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 64,70 dollar/barelə bərabər olub.

“Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

 

 

Açar sözlər: Azeri LT barel neft