Üç ölkənin Azərbaycana kərə yağı ixracı artıb – Siyahı

14:49 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ən çox kərə yağının Yeni Zelandiyadan gətirildiyini açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, bəhs olunan dövrdə adıçəkilən ölkə Azərbaycana 26,96 mln. dollar dəyərində 5 493,63 ton kərə yağı tədarük edib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,9%, həcm ifadəsində isə 19,3% artıb.

İdxalda ikinci olan Ukrayna ölkəyə 14,9 mln. dollar dəyərində 3 003,66 ton sözügedən məhsuldan göndərib.

Bu da illik müqayisədə dəyər ifadəsində 2,1 dəfə, həcm ifadəsində isə 88,9% çoxdur.

Bu ölkələrin ardınca yer alan Belarus cari ilin ilk üç rübündə 6,49 mln. dollarlıq 1 219,21 ton kərə yağı tədarük edib. İllik müqayisədə bu dəyər ifadəsində 37,9%, həcm ifadəsində isə 36,5% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər