330x100
 

Azərbaycanda facebook hesablarının bloklanması artıb – Açıqlama

13.11.2020,17:21


13 noyabr, Fineko/abc.az. Azərbaycanda “Facebook” istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin sayı artıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Elektron Təhlükəsizlik Xidməti “Facebook” sosial şəbəkə istifadəçilərini hesablarının bloklanmasının və ya ləğv edilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görülməli olduğunu açıqlayıb.

"Bu hallar cəbhədə Ermənistanın genişmiqyaslı təxribatlarının başlandığı gündən, yəni sentyabrın 27-dən etibarən ölkə üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə 5-6 dəfə artıb. Xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırılması, fişinq hücumları, demək olar ki, hər gün üzləşdiyimiz düşmən təxribatlarıdır" deyə Nazirliyin məlumatında qeyd olunub.