Neft keçən həftə artdıqdan sonar bahalaşır, Brent barel başına $43,27 təşkil edir

10:35 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri ötən həftənin yekunlarına görə 8% - dən çox artımdan sonra bazar ertəsi yüksəlir.

Ötən həftə Brent-in qiyməti 8,4%, WTI - 8,1% artıb.

Saat 9:59-da London ICE Futures birjasında, Brent neftinin yanvar ayı üçün fyuçers qiyməti $0,49 (1,15%) – barrel başına $43,27-ə yüksəldi. 13 noyabr ticarəti nəticələrinə görə, Brent-in yanvar fyuçersləri bir barelə $0,75 (1,72%), $42,78 qiymətinə düşüb.

Saat 9:59-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçers ticarətində $0,58 (1,45%) – bir barelə $40,71-ə yüksəldi. Noyabrın 13 – də hərracların nəticələrinə görə, dekabr fyuçersləri $0.99 (2,41%) - $40,13-ə düşüb.

 

Bütün xəbərlər