Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü açıqlanıb

10:55 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. 2020-ci ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib.

ABC.AZ xəbər verir ki, bu BP Azərbaycan şirkətinin hesabatında qeyd olunub.

2020-ci ilin üçüncü rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir.

Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir. 2020-ci ilin ilk üç rübü ərzində terminal təqribən 183 milyon barel neft və kondensat, o cümlədən 160 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 23 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

 

Bütün xəbərlər