Şahdəniz üzrə fəaliyyətlərə xərclənən vəsaitlər – Hesabat

11:25 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. 2020-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilib.

ABC.AZ xəbər verir ki, əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton (21,6 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

 

Bütün xəbərlər