Bu il hansı quyular qazılıb? – BP hesabat açıqladı

12:08 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi BP Azərbaycan şirkəti bu ilin 3-cü rübü üçün hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, üçüncü rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. İstiqlal qazma qurğusu SDC05 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.

Maersk Explorer qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Bu qurğu həmçinin SDF05 quyusunun üst və alt hissələrini qazıb.

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Bütün xəbərlər