Azərbaycanlılar Türkiyədən mənzil alışını artırıb - Ötən ay 137 ev alınıb

12:33 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Türkiyədə mənzil alan əcnəbilərin statistikası açıqlanıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı hesabat tipli açıqlamanı Türkiyə Statistika Komitəsi yayıb.

Hesabata əsasən, 2020-ci ilin oktyabr ayında azərbaycanlılar Türkiyədə 137 mənzil alıblar. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə soydaşlarımız qardaş ölkədən 125 mənzil almışdılar.

Bu ilin 10 ayında isə azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. Bu 2019-cu ilin eyni dövründəkindən 66 mənzil çoxdur. Belə ki, ötən ilin 10 ayında soydaşlarımız Türkiyədə 954 mənzil almışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər