Erməni təxribatı nəticəsində dəymiş fəsadlar açıqlanıb – Ölənlərin sayı 94 oldu

14:26 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Erməni təxribatı nəticəsində ölənlərin sayı 94-ə çatıb.

Belə ki, Baş Prokurorluğdan ABC.AZ-a daxil olan məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb.

Bundan başqa, 512 mülki obyekt, 3410 yaşayış evi və 120 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

 

Bütün xəbərlər