Cəbrayılda polisə tabe olmayanlar cərimələndi – 200 manat məbləğində

14:47 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Noyabrın 14-də saat 13:00 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam edib.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Onların hər biri 200 manat məbləğində cərimə olunub.

 

Bütün xəbərlər