On ayda 500 min tona yaxın sənaye məhsulları ixrac edilib – Azalma olub

17:30 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycandan 492,1 min ton kimya sənayesi məhsulları ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən dövrdə ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 70 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında ölkədən ixrac olunan 433,7 min ton kimya məhsullarının dəyəri 86,5 milyon dollar təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər