Bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər – Prezident

10:27 - 17.11.2020


17 noyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 16-da Füzuli və Cəbrayıla səfər edib.

ABC.AZ-ın məlumatına görə, Cəbrayılın mərkəzinə baş çəkən dövlət başçısı şəhərdə bir dənə də olsun salamat bina qalmadığını bildirib.

İ.Əliyev qeyd edib ki, yalnız özləri üçün hərbi hissə tikiblər.

"Bütün qalan infrastruktur, məktəb, evlər, ictimai binalar hamısı sökülüb. Bütün bunlara görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Beynəlxalq qurumlar, ekspertlər gələcək, 30 il ərzində bizə vurulmuş bütün ziyan hesablanacaq, ondan sonra təzminat davası açacağıq", - deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər