Azərbaycan siqaret idxalını da kəskin azaldıb – 29 faizə yaxın

12:10 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,  hesabat dövründə ölkəyə 70 milyon 212 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 684 min dollar və ya 28,3% azdır.

Qeyd edək ki, bu ilin 10 ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,8%-nə bərabər olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər