Bu gün valyuta hərracının yekununda dollar və manat əvvəlki səviyyədə qaldı

13:21 - 15.02.2018


15 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirdi.

“15 fevral 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə xəbər verildi.

Fevralın 13-də keçirilmiş öncəki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etmişdir.

 

 

Bütün xəbərlər