Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz – İlham Əliyev

14:29 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi noyabrın 16-da Prezident İlham Əliyev işğaldan azad olunmuç Füzuli və Cəbrayıl rayonlarında olub.

ABC.AZ-ın məlumatına görə, səfər zamanı dövlət başçısı çıxış edərək bəzi nüanslara aydınlıq gətrib. Prezident qeyd edib ki, bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi.

"Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi" - deyə İ. Əliyev vurğulayıb.

 

Bütün xəbərlər