Gübrə idxalı 20 milyon dollardan çox azalıb – 10 ayın hesabatı

14:45 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxal etdiyi gübrənin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 86,7 milyon ABŞ dolları dəyərində 295,2 min ton gübrə idxal edilib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,1 milyon dollar (18,8 %) və 15,5 min ton (5 %) azdır.

Hesabat dövründə gübrə idxalı Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər