Poliklinikalar gücləndirilmiş rejimə keçir – Detallar

15:13 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan Bakı şəhəri üzrə poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara “COVID-19”la bağlı xidmətlər göstəriləcək.

Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

 

Bütün xəbərlər