Azərbaycanın təbii qazı Bolqarıstana bu tarixdə çatdırılacaq – Böyük layihə

15:33 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Gələn ilin yanvarın 1-dən Azərbaycan təbii qazı Bolqarıstana çatdırılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu  Bolqarıstanın energetika naziri Temenuşka Petkova bildirib.

O qeyd edib ki, ancaq bu qaz Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) boru kəməri layihəsi çərçivəsində olduğu kimi, Komotini birləşmə nöqtəsindən deyil, digər birləşmə nöqtəsindən veriləcək.

Onun sözlərinə görə, bununla da Azərbaycan Dövlət Neft Şirkəti ilə Bolqarıstanın “Bulgargas” şirkəti arasında imzalanmış sazişə riayət ediləcək: "110 km uzunluğunda olan marşrut boyunca çəkilən boruların ilin sonuna qədər qaynaq ediləcək və daha 20 km boru kəmərin inşası tamamlanacaq. Bolqarıstan və Yunanıstan arasında qaz boru kəmərinin ümumi uzunluğu 182 km-dir. Bunun 150 km-i Bolqarıstan ərazisindədir. Boru kəmərinin texniki ötürücülük gücü ildə 3-5 mlrd kubmetr arasındadır. Layihənin ümumi dəyəri isə 220 milyon avrodur".

 

Bütün xəbərlər