Geyim əşyalarının idxalında böyük azalma – 24 faizdən çox

15:48 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi yanvar-oktyabr ayları üzrə bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabatda sözügedən dövrdə ölkədə geyim istehsalının artmasının əksinə, xaricdən Azərbaycana gətirilən geyim əşyalarının dəyərində cari ildə azalma müşahidə olunduğu qeyd olunub.

Belə ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 177 milyon 80 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 604 min ABŞ dolları (24.5%) azalma deməkdir.

 

Bütün xəbərlər