330x110
 

Ermənistanda siyasi çaxnaşma dayanmır – XİN rəhbərinin müavini işdən çıxarıldı

17.11.2020,15:59


17 noyabr, Fineko/abc.az. Daha bir Ermənistanda siyasi çaxnaşma davam edir. ABC.AZ xəbər verir ki, artıq bir müddətdir ki, xalqla hökumət arasında yaşanan gərginlik bir sıra istefalara səbəb olub. Belə ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan da vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb. Qeyd edək ki, noyabrın 16-da isə Ermənistanda XİN rəhbəri özü istefa vermişdi.