Prezident azad olunmuş ərazilərdə tikinti üçün mütəxəssialərin dəvət olunacağını açıqlayıb

16:33 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Şəhərsalma ilə bağlı həm Azərbaycan, həm də xarici mütəxəssisləri işğaldan azad edilmiş ərazilərə dəvət edirik.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, yeni şəhərsalma planı qurulacaq: “Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası ilə bağlı planlar var. Hamısını da icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq. Düşməni məhv etdik, üçrəngli bayrağımızı ucaltdıq. Bütün qalan məsələləri də həll edəcəyik”.

 

Bütün xəbərlər