On ayda neft-qaz sektoruna nə qədər vəsait yönəldilib? – Komitədən hesabat

17:08 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında neft-qaz sektoruna 4 milyard 781,8 milyon manat yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 11,7 faiz artıb.

Hesabata əsasən, 10 ayda neft-qaz sektorunda 17 milyard 490,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb.

Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,3 faiz geriləyib.

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər