Ötən ay neft-qaz sektorunda çalışanların sayı açıqlanıb – 30 mindən çoxdur

17:16 - 17.11.2020


17 noyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında neft-qaz sektoruna qoyulan vəsait və bu dövrdə sənayedəki istehsal sahələrinin statistikası ilə bağlı hesabat aşıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə sənaye məhsulunun 60,3 faizi mədənçıxarma sektorunda istehsal edilib.

Oktyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 98,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 98 faiz olub.

Oktyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3402 manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər