Bakıda koronavirusun ən çox yayıldığı rayonlar – Siyahı

18.11.2020,10:21


18 noyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı statistika açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayonda yoluxma 14.7 faiz təşkil edir. Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.3 faiz, Suraxanıda 8.4 faiz, Nəsimidə 8.3 faiz, Nərimanovda 8.0 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.3 faiz, Xəzərdə 6.3 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.