Koronavirusa ən çox yoluxma Bakıda, ən az isə Naxçıvandadır

10:58 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Koronavirusinfo.az saytı Azərbaycanda ölkə üzrə ən çox yoluxmanın qeydə alındığı şəhər və rayonların siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 53.5 faizlə koronavirusa ən çox yoluxma Bakıdadır.

Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faiz və Naxçıvanda yoluxma 0.06 faiz təşkil edir. Ölkəxarici yoluxma isə 0.7 faizdir.

Ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər