Etirazların bürüdüyü Ermənistanda yoluxma da artır – Bir gündə 28 nəfər öldü

18.11.2020,11:43


18 noyabr, Fineko/abc.az. Siyasi çalxalanma və etirazların bürüdüyü Ermənistanda koronavirus da sürətlə yayılır.

ABC.AZ-ın məlumatına görə, son sutkada daha 1589 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Son 24 saat ərzində daha 28 nəfərin vəfatı ilə virusdan ölənlərin sayı 1 839-a çatıb.

Yoluxanların ümumi sayı isə 120 min 459 nəfərə çatıb. Onlardan 80 min 69-u sağalıb.

Ölkədə 38 min 82 aktiv koronavirus xəstəsi var.