Zəngilanda Şərq çinarları əkilib

12:05 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Şərq çinarları əkilib.

ABC.AZ-ın məlumatına görə, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir.

“Ötən həftə Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib” deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Bütün xəbərlər