330x110
 

Qubadlı sakini Cəbrayıla girişdə saxlandı – Cinayət işi başlandı

18.11.2020,14:05


18 noyabr, Fineko/abc.az. Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda saxlanılıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, hadisə noyabrın 15-də saat 17 radələrində qeydə alınıb.

Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb. R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.