Muzdla çalışanların ən çox maaş aldığı sahələr - Siyahı

14:24 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı barədə hesabat tipli məlumat yayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə neft-qaz sektorunda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 3402 manat, qeyri-neft-qaz sektorundakılarınki 648,3 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 624,1 manat, özəl müəssisələrdə isə 810 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər