330x100
 

Baş Prokurorluq vəzifəli şəxsi saxlayıb - Rüşvət alırmış

18.11.2020,14:47


18 noyabr, Fineko/abc.az. Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1.200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov 17 noyabr 2020-ci il tarixdə 1.200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanıb.

Xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülüb. Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.