Azərbaycan Avropa İttifaqı ölkələrinə 1 milyard dollardan çox məhsul satıb – Hesabat

15:40 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Oktyabrda Azərbaycandan Avropa İttifaqına ixrac olunan məhsulların həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə İttifaqa üzv ölkələrə 1 milyard 37,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Ötən ay Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 195,7 milyon dollar təşkil edib.

 

Bütün xəbərlər