İlham Əliyevdən səfirə – Əminəm ki, görüşümüzün daha əvvəl baş tutmamasını anlayırsınız

15:51 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın timadnaməsini qəbul edib.

ABC.AZ xəbər verir ki, qəbulda dövlət başçısı bir sıra vacib məqamlara toxunub.

İ.Əliyev qeyd edib: “Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi”.

 

Bütün xəbərlər