Ermənistanın atdığı fosforlu raket xarici media qarşısında zərərsizləşdirildi

17:05 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev işğaldan azad olunan Füzuli bölgəsinə atılan ağ fosfor raketlərinin zərərsizləşdirmə anının kadrlarını paylaşıb.

ABC.AZ xəbər verir ki, Hikmət Hacıyev həmçinin Ermənistanın müharibə cinayətlərini işıqlandırmaq üçün bölgəyə beynəlxalq jurnalistlərin cəlb olunduğunu qeyd edib.

“Beynəlxalq jurnalistlər Azərbaycanın azad edilmiş Füzuli bölgəsini ziyarət edirlər. Ermənistanın müharibə cinayətlərini yerindəcə görmək üçün. Beynəlxalq medianın kameraları qarşısında Füzuli bölgəsinə Ermənistan tərəfindən atılan ağ fosfor mərmiləri zərərsizləşdirildi. Ağ fosforun istifadəsi qadağandır”,- deyə H. Hacıyev qeyd edib.

 

Bütün xəbərlər