Dəniz məhsullarının ölkəyə idxalı azalıb, ixracımız isə artıb – Hesabat

11:11 - 19.11.2020


19 Noyabr, Fineko/abc.az. 2020-ci ilin 10 ayında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri açıqlanıb.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında ölkəyə dəyəri 16 412,34 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib.

Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 388,32 min dollar və ya 7,8% azdır.

Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri də məlum olub. Hesabatda qeyd olunub ki, sözügedən dövrdə cəmi 884,45 min dollar ixrac həyata keçirilib. Bu da illik ifadədə 431,81 min dollar və ya 95,4% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər