330x100
 

Bir gündə 31 nəfər öldü – Ermənistanda COVİD 19 sürətlə yayılır

19.11.2020,11:20


19 noyabr, Fineko/abc.az. Ermənistanda koronavirusun yayılması sürətlə davam edir.

ABC.AZ xəbər verir ki, son sutka ərzində daha 1520 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Son 24 saatda daha 31 nəfər virusun qurbanı olub.

Bununla da koronavirusdan ölənlərin sayı 1870-ə çatıb. Koronavirusa yoluxanların sayı isə 121 min 979 nəfərə çatıb.