Plastmas və onlardan hazırlanan məmulatların ixracında böyük azalma - Hesabat

12:28 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bu ilin 10 ayında ölkədən ixrac olunan plastmas və onlardan hazırlanan məmulatlar barədə açıqlama yayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə 169,8 min ton ixrac həyata keçirilib. İxrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 127,6 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə 161,2 milyon dollar dəyərində 217,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər