Bu qadağaların vaxtı uzadıldı – Siyahı

14:14 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə eyni zamanda bir sıra məhdudiyyətlərin vaxtı da uzadılıb.

Belə ki, sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək, Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır. 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər